"Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır.Allahın hər şeyə qadir olduğunu,Allahın hər şeyi elmlə ehtiva etdiyini biləsiniz deyə Allahın əmri onların arasında nazil olar". Talaq surəsi 12-ci ayə.
Göstərilən ayənin bu vacib və ilginc məlumatına elmi mənbələrdə də geniş yer ayrılır və yerin 7 qatdan meydana gəldiyi açıqlanır.Yerin alimlər tərəfindən qeyd edilən həmin qatları bunlardır.
1.Hidrosfer
2.Litosfer
3.Astenosfer
4.Üst mantiya
5.Alt mantiya
6.Xarici nüvə
7.Daxili nüvə
"Litosfer" sözü yunan dilində "Qaya" mənasını ifadə edən "Lithos" kəlməsindən gəlir.Litosfer yerin ən üst qatını təşkil edən ərk tbəqədir.Digər təbəqələrlə müqayisədə çox nazik qatdır.Litosfer qatı okeanların altında və vulkan püskürməsi üçün əlverişli olan bölgələrdə daha nazikdir.Başqa təbəqələrdən daha soyuq və daha bərkdir.Bunda görə də yerin qabığı vəzifəsini yerinə yetirir.
Litosferin aşaqısında yunan dilində "zəif" kəlməsi "acthenes"dən əmələ gələn "astenosfer" təbəqəsi var.Bu təbəqə litosferlə müqayisədə daha nazikdir.Hərəkətli təbəqədir.İsti və yarımqatı maddələrdən təşkil olunmuş bu təbəqə geoloji yüksək istiliyə və təzyiqə məruz qalanda yumşalıb əriyir.Belə ehtimallar var ki,bərk litosfer təbəqəsi yavaş hərəkət edən astenosfer təbəqəsinin üzərində üzür və ya hərəkət edir.Hər halda belə zənn olunur.
Bu təbəqələrin aşağısında yüksək hərarətə malik olan,yarımqatı qayalardan əmələ gələn,təxminən 2900 km qalınlığında olan və adına "mantiya" deyilən bir təbəqə var.Yerin üst səthi ilə müqayisədə özündə daha çox dəmir,maqnezium və kalsium ehtiva edən mantiya daha isti və qalındır,çünki yerin daxilindəki hərarət və təzyiq dərinliyə getdikcə daha da çoxalır.
Yerin mərkəzində də hardasa mantiyanın iki qatı qalınlığında olan nüvə var.Bu təbəqənin belə qalın olmasının səbəbi onun içində qayalardan çox metalların (dəmirlə nikelin qarışığının) olmasıdır.Yerin nüvəsi isə iki ayrı hissədən - biri 2200 km qalınlığında olan maye xarici nüvədən,digəri isə 1250 km qalınlığındakı bərk daxili nüvədən mydana gəlib.Dünya dövr etdikcə maye xarici nüvə dünyanın maqnit sahəsini əmələ gətirir.
Yer kürəsi təbəqələrinin göy üzü ilə XX əsr texnologiyası sayəsində ləşf edilən olan bu oxşarlığının Quranda bildirilməsi şübhəsiz ki Quranın çoxsaylı elmi möcüzələrindən biridir.
Hiç yorum yok:
Yorum Gönder