26 Mart 2011 Cumartesi

1 saatın dəyəri

                                 
Hər gün işdən evə gec qayıdan ata günlərin biri 5 yaşlı oğlunun onu qapının astanasında gözlədiyini görür. Uşaq atasından soruşur: “Ata,bir saata nə qədər pul qazanırsan?” Atası cavab verir: "Onsuz da yorğunam, bu sənin işin deyil, get işinlə məşğul ol." Amma uşaq israrla atasından bir saata nə qədər əmək haqqı aldığını söyləməsini xahiş edir. Nəhayət, ata deyir: “Yaxşı indi ki, bilmək istəyirsən,20 manat”. Uşaq atasına deyir: “Ata,mənə on manat verərsən?” Atanın cavabı belə olur: “Sənin oyuncaqlarına bu qədər pul ayırmaq fikrim yoxdur.” Uşaq bir söz demədən otağına gedir. Bu söhbətdən bir saat keçir, ata bir anlıq fikrə dalır və uşaqdan pulu nə üçün istədiyini soruşmadığına peşman olur. “Bəlkə ona doğrudan pul lazımdır?”-deyə öz-özünə düşünür. Bu fikirlərlə ata qapını döyüb oğlunun otağına daxil olur. Uşaq atasını görəcək yatağından qalxır. Ata deyir: “Bağışla,oğul, bir az əvvəl səninlə sərt danışdım. Bu gün iş günüm ağır keçdi. Al, bu da istədiyin 10 manat. “ Bunu görcək uşaq cəld döşəyinin altından on manat çıxarır və atasının verdiyi on manatın üzərinə qoyur. Ata yenidən əsəbləşib deyir: “Pulun olduğu halda məndən pul istəyirsən?”. Uşaq gülümsəyərək atasına cavab verir: “ Ata, 10 manatım var idi,amma on manatım çatmırdı, al bu iyirmi manatı, mənə bir saat vaxt ayır.”

Hiç yorum yok:

Yorum Gönder