17 Haziran 2011 Cuma

Supermarketde nece aldanirsiniz?
Gərgin iş günündən sonra çoxlarımız supermarketlərə üz tutur, hərəmiz bir araba götürərək xoş musiqinin sədaları altında müxtəlif mallarla dolu vitrinlərin ecazkar sıraları arasında gəzişərək alış-veriş edirik. Bu günümüzdə supermarketlər artıq adi ərzaq dükanlarını və hətta bazarları da sıxışdırıb “oyundan” çıxardır. Çünki onlar geniş çeşidləri, xoş abu-havası, gözəgəlimli xidmətilə kiçik dükanlardan fərqlənirlər.

Görəsən bu marketlərdə dogurdan da hər şey ilk baxışda olduğu kimidirmi?

1. Əvvəla supermarketlərdə qəribə də olsa tez-tez vaxtı keçmiş məhsullara rast gəlmək olur. Mağaza işçiləri istifadə müddəti keçmiş və ya az qalmış malları adətən vitrinin qabaq hissəsinə, yeni alınmış malları isə arxa hissəyə yığmaqla heç də hamının əyilib arxadan mal göturmək üçün əziyyət çəkməyəcəyinə ümid edirlər. Gəlin etiraf edək ki, çoxları heç də həmişə malın istifadə müddətinə diqqət yetirmir.

2. Bir çox hallarda sellofanla örtülmüş vakuumlu baglamalarda aldıgımız balıq və ət məhsulları heç də təzə olmur və biz bunu o dəqiqə hiss edə bilmirik.

3. Balıq və toyuq ətini xüsusi texnologiya ilə dondurduqda (suya qoyaraq) onun çəkisini kifayət qədər artirmaq olur. Eləcə də bilirik ki kolbasa məhsulları, meyvələr qaldıqca öz çəkisini itirir. Buna görə də onları magazaya gətirən kimi qablaşdıraraq təbii ki həmin andakı şəkilərini üzərinə yazırlar. Nəticədə yenə də itirən biz oluruq.

4. Fikir vermisinizmi, adətən supermarketlərdə təzəcə bişmiş çörək və ya yenicə dəmlənmiş kofe iyi gəlir. Personal bu məmulatların iyini hava təmizləyiciləri vasitəsilə alış-veriş sahəsinə vuraraq müştərilərin daha çox alver etməsinə çalışırlar. Çünki psixoloqların fikrincə insan, xüsusilə də ac olanda bəzən ona lazım olandan çox mal alır, eləcə də müştəri mağazaya təzə girərkən daha çox alış-verişə meylli olur. Məhz buna görə də adətən ən bahalı malları girişə yaxın, gündəlik istifadə etdiyimiz çörək, süd məmulatlarını isə magazanın dərinliklərində yıgırlar. Siz bircə çörək və ya bir paçka süd üçün ora girmisinizsə də bir çox malların yanından keçib və yəqin ki alacaqsınız.

Çalışın supermarketlərə uşaqlarsız gedəsiniz. Xüsusilə də kassanın düz yanında uşaqların boyu bərabərində yıgılmış adətən mənasız və baha qiymətə olan hər növdə mallara körpələrin tamahı düşdükdə siz onlara keçə bilməyəcəksiniz. Unutmayın ki istehsalçılar bu məhsulları məhz orada yerləşdirmək üçün supermarketlərə külli miqdarda pul verirlər. Bir də malların üzərində müxtəlif aksiyaların endirimlərin keçirilməsi haqda məlumatlara da çox aldanmayın. Kiçicik riyazi hesablama bəs edər ki birlikdə ucuz təklif edilən 2-3 maldan ibarət baglamanın qiymətinin o malların ayrılıqda qiymətlərinin cəmindən o qədər də fərqlənmədiyinin, bəzən isə hətta baha olmasının şahidi olasınız.

Aynur Qurbanqızı (Azadqadin)

(İmzam olmadan xəbərin başqa saytlarda yayılmasını görsəm hüququmu tələb edəcəm!)

Hiç yorum yok:

Yorum Gönder