8 Ağustos 2011 Pazartesi

Biliyinizi artıracaq maraqlı və lazımi məlumatlar

İtburnu dişlərimizə xeyirmiş



İtburnu (lat. Rosa) - gülçiçəklilər fəsiləsindən bitki cinsidir.
Bu cinsin 300 növündən Azərbaycanda 42 növ itburnu rast gəlinir ki, bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır.
Qəhvəyi itburnu kol halında 2 m-ə qədər hündürlükdə bitir. 20-25 il ömrü olur. Hər koldan 1-3 kq, 1 hektardan isə 700-1000 kq meyvə verir. C vitamininin miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yeri tutur. Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda azdır. Lakin bunun məhsuldarlığı daha yüksəkdir. Hər koldan 3-4 kq, 1 hektardan isə 3 tona qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır. İtburnu may-iyunda çiçəkləyir.
Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi avqust-sentyabrda yetişir. Vitamin C yetişmə müddətində artır. Ona görə də yetişmiş meyvələr dərilməlidir. Şaxtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda C vitamini azalır.
Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq şəraitdə 2 ilə qədər saxlanıla bilər.
İtburnuda C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox əvvəl Rusiyada itburnu dişlərin dibindən qanaxmaya, yəni C-avitaminoza qarşı tətbiq edilirdi. Onun tərkibində C vitamini ilə yanaşı, 48-50 mkq% B1, 30-73 mkq% B2, 1,5-9,7% P, 0,1 mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin (provitamin A) və 0,1-0,19 mq% Bc vitamini (fol turşusu) vardır. Vitaminlərdən başqa itburnuda 18%-ə qədər şəkər, 3,7% pektinli maddə, 1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr və 4,5% mineral maddələr vardır.
Ev şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnu (20 qr) bir stəkan su ilə şüşə və ya emallı ağızlı örtük qabda 10 dəqiqə qaynadırlar. Ağzını açmadan bir sutka saxlayıb, sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və ya yarım stəkan içirlər. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət qatmaq olar. 1-3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar. İtburnudan kompot, kisel və yarı bölüb toxumlardan təmizlədikdən sonra mürəbbə hazırlamaq olar. Onu təzə halda da yeyirlər. Sənayedə itburnudan yuyucu tozu, tabletka və şərbət hazırlayırlar. Sarılığa qarşı və ödqovucu kimi tətbiq edilən «Xolosas», əsasən itburnu meyvəsindən hazırlanır. İtburnu xalq təbabətində qədimdən istifadə edilir. İtburnu soyuqdəyməyə, böyrək və qaraciyər xəstəliklərində öd və sidikqovucu kimi tətbiq edilir. İtburnu çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir. İtburnu meyvəsinin belə qiymətli olduğunu nəzərə alıb, onun toplanmasına və gündəlik qidada istifadə edilməsinə fikir verilməlidir.

İtburnu çiçəyi
Bədən müqavimətini artırır. Bədənə və gözlərə qüvvət verir. Qan dövranını sürətləndirir və qanı təmizləyir. Bağırsaqları yumşaldan və həzmi asanlaşdıran itburnu yaxşı bir sidik sökdürücü olaraq qəbizlikdə faydalıdır. İshalı kəsir. Bədəndəki tullantı maddələrin bədəndən uzaqlaşdırılmasına köməkçi olur. Bağırsaq qurdlarını salır. Xərçəngə qarşı qoruyucudur. Revmatizm şikayətlərini və ağrılarını yüngülləşdirir. Qandakı insulinin miqdarını nizamlamağa köməkçi olduğundan şəkər xəstələri üçün çox yaxşıdır . Sellüloidin meydana gəlməsinə mane olur. Basil narahatlığı olanlara da faydalıdır.

İstifadəsi
Daha çox itburnu çayı hazırlanaraq istifadə edilir. İtburnudan ayrıca cem, meyvə şirəsi, körpələr üçün sıyıq və yağ da əldə edilməkdədir. İtburnunun qurudulan yarpaqları qaynadılıb soyuduqdan sonra suyunu süzüb, qırışmış cildlərə qoyulsa faydası olar. İtburnu tumundan əldə edilən itburnu yağı dəri hüceyrələrini yeniləyici, dərini qoruyucu, qırışları aradan qaldırıcı və qocalmağı gecikdirici xüsusiyyətləri ilə kosmetik sahəsində çox geniş istifadə edilməkdədir.

Ananas haqqında maraqlı faktlar

Amerika ölkələrində nikah mərasimi zamanı ananas şirəsi içirlər. Bu mеyvəni çox vaxt cənub mеyvələrinin padşahı adlandırırlar.
Tropik ölkələrin xalq təbabətində ananasın şirəsi sinqaya qarşı, damaq xəstəliyində, dişlərin laxtalanmasında faydalı vasitə kimi istifadə olunur.
Onu soyuqdəymədə profilaktik vasitə kimi təyin еdirdilər.
Angina xəstəliyinə tutulan zaman, boğazı bu şirə ilə yaxalamaq xеyirli sayılırdı.
Ananas həzmеtməyə və qidanın həllеdilməsinə kömək еdir.
Müasir tədqiqatlar müəyyən еtmişlər ki, ananas ətinin tərkibində şəkər, limon, alma, üzüm turşuları, B qrupu vitaminləri və C vitamini mövcuddur. O, həmçinin həddindən artıq bitki lifləri ilə boldur.

Bəcərilmə tarixi
Ananasın bеcərilməsi ilə hələ ən qədim zamanlardan məşğul olmağa başlamışdılar. XV əsrdə ananasın dadı Xristofor Kolumbu hеyrətləndirmişdi. Tarixi xronikalar xəbər vеrirlər ki, Kolumb bu tropik mеyvəni daddıqda, onun tamı dəniz səyyahında «hеyrət və hеyran»-a səbəb olmuşdur. Sonra Kolumb onun xoşuna gələn bu mеyvəni Avropaya gətirdi və orada da insanlar bu mеyvəyə biganə qalmamışdı.

Ananas şirəsidə bir çox xəstəliklərin dəvasıdır
Bitki qidalarının tərkibindəki bütün vitaminlər və 16 mikroelementlə zəngindir.
Xeyirli xassələri: yağ ehtiyatının azalmasına kömək edir, trombların əmələ gəlməsinin qarşısını alır, zülallı qidanın həzminə kömək edir.

Nəyə kömək edir: angina, tromboflebit, kökəlmə, yaddaşın zəifləməməsinə.
Qastrit, xora xəstəliklərinə isə ananas çox məsləhət görülmür.
Ananasın içində orqanizmə piy yığılmasının qarşısını alan və onlara fəal şəkildə yox etməyə imkan verən maddələr var.Xərçəng şişlərinin qarşısını alır və qan dövranını yaxşılaşdırır, boğaz ağrısı, titrəmə və stress zamanı kömək edir.


Velosipedin keçdiyi təkamül yolu

Velosiped - (fransızca vélocipède "tez ayaq" deməkdir) çox hallarda iki təkərə malik, əzələ qüvvəsi ilə pedalla hərəkətə gətirilən nəqliyyat vasitəsidir. Yüksək sürət, sükanın idarəsi, ağırlıq mərkəzinin tənzimlənməsi ilə müşayiət olunan stabilləşdirici hiroskopik hərəkət nəticəsində velosipeddə hərəkət etmək mümkün olur.
Velosiped tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsuldur. Hal-hazırda dünayda yarım milyarda qədər velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının başlıca səbəbidir.

Velosipedin tarixi
İlk velosipedin bizim eradan əvvəl yarandığını söyləyən mülahizələr həqiqətə uyğun deyil. Leonardo da Vinçinin şagirdinə aid edilən velosiped cizgisi də həqiqətə uyğun deyil. Bu rəsmin XX əsrin 70-ci illərində çəkilməsi ehtimal olunur. 1791-ci ildə guya Comte de Sivraçın iki təkərli velosipedi ixtira etməsi də təhrif olunmuş informasiyadır. Artmanovun ixtira etdiyi velosipedlə 1801-ci ildə Uraldan Moskvaya getməsi də müəyən dərəcə də şişirdilmiş hesab olunur. Çünki bu velosipedin konstruksiyasında sonralar ixtira olunmuş elementlər mövcuddur.
Velosipedin müxtəlif vaxtlarda ixtirasına aid çoxlu sayda əfsanəvi informasiyalar vardır. Ancaq indiyə kimi bunları təsdiq edən samballı sübutlar yoxdur.

Əzələ ilə işləyən velosipedlər
XVII əsrdə insanlar tərəfindən hərəkət etdirilən arabalar yalnız nümunə kimi tətbiq olunurdu. Ayaqları tutulmuş saatsaz Stefan Farfler ilk dəfə olaraq dişli çarxların köməyi ilə əllə hərəkətə gətirilən arabanı düzəldir.
XVIII əsrdə insan əzələsi tərəfindən hərəkət etdirilən dördtəkərli araba düzəldilir. Bu araba pedalla sürülürdü. Buna baxmayaraq, ağır çəkili arabanı çəkmək üçün güclü əzələyə ehtiyac yaranırdı.
Bu gün velosipedlərdə ağıllı texnikadan istifadə edilir. Avtomobil və motosikletlərdən fərqli olaraq, bu texnika çox sadədir. Ancaq onların işləmə prinsipi fiziki baxımdan çox mürəkkəbdir.

İkitəkər prinsipi
Əslində iki təkərli velosipedi alman Karl Drais 1817-ci ildə Mahaym şhərində düzəldir. Sürücü təkərlər arasında oturaraq, qurğunu irəliyə itələyir. Bu daha çox "özü diyirlənən maşın" idi. Drais sonra 1843-cü ildə dörd təkərli ayaq barabanı ilə hərəkət etdirilən arabanı düzəldir.
Mülahizələrə görə, velosipedin ixtirası 1816-cı ildə vulkan püskürməsi nəticəsində atların qırılması və bununla da başqa nəqəliyyat vasitələrinin inkişafına ehiyac yaranması ilə stimullaşdırılmışdır.

Draisin düzəldiyi yeriyən maşın qabaq təkəri vasitəsilə idarə oluna bilirdi. Bu, hərəkət zamanı ayaqların yerdən tam üzülməsinə və tarazlıq yaradılmasına imkan yaradırdı. Bununla çoxtəkərli arabalardan ikitəkərliyə keçmək və hiroskop effektindən istifadə edərək tarazlığın yaradılması mümkün olmuşdur. Ancaq bu nəqliyyat vasitəsilə hərkət etmək istəyənlər öncə balanslaşdırmanı öyrənməli idilər. Bundan bir az sonra İngiltərədə metaldan hazırlanmış ilk velosiped hazırlanır. 1819-cu ildə İpsviçdə ilk velsopied yarışı keçirilir. Almaniyada belə yarış 1829-cu ildə keçirilir.
Hal-hazırda uşaqlar arasında pedalsız özüdiyirlənən velospiedlər geniş yayılmışdır.

Hündür velosipedlər
Pedalın bir dəfə dönməsindən əldə olunan enerjidən daha çox yol qətetməyə nail olmaq üçün velosipedlərdə yeni konstruksiya tətbiq olunur. Bunun üçün qabaq təkərlərin ölçüsü böyüdülür. Beləliklə 1870-ci ildə ilk hündür velosiped hazırlanır. Ötürmə prinsipi o dövrə qədər naməlum idi. 1867-ci ildə Parisdə keçirilən sərgidə Mişo (fransızca Michaux) və başqa mühəndislərin nümayiş etdirdikləri konstruksiyadan sonra bu velosipedlərə maraq artır. 1868-ci ildə Mişo velosipedinin təmiri ilə məşğul olan ingilis Ceyms Sterli (James Starley) "Ariel" adlı yeni velosiped konstruksiyası layihələndirir və onu 1871-ci ildə nümayiş etdirir. Bu velosiped ilk dəfə olaraq rezin üzlüklü təkərlərə malik idi. Onun qabaq təkərinin diametri 125 sm, arxa təkərininki isə 35 sm idi. Yenilik həm də ondan ibarət idi ki, il dəfə olaraq təkərlər məftil çubuqlardan hazırlanmışdı. Hündür velosipedlərin hazırlanması üçün əsas şərt olan metal çubuqlardan ibarət təkərlər 1869-cu ildə Eugene Meyer tərəfindən ixtirası olunmuşdur.
Hündür velosipedlərin idarəsi tərpənmə və dayanma zamanı yüksək diqqət tələb edirdi. Oturacaq təxminən 1,25 m hündürlükdə olduğundan əylənmə zamanı onun aşma ehtimalı var idi. Buna baxmayaraq, bu velosipedlərdə yarışlar keçirilir və ilk dəfə olaraq 40 km/saat sürət əldə olunur. Tez tez baş verən ölümcül qəzalar onun sonrakı inkişafına əngəl törətmişdir. Bu çatışmazlıqlara baxmayaraq, velosiped uzun müddət bazarda monopoliyanı saxlayır.

Sonrakı təkmilləşmələr
1880-ci ildə şotlandiyalı Con Danlop kauçukdan hazırlanmış hava ilə doldurulan rezin təkər üzlüklərini ixtira edir. Bu, 1845-ci ildə patentləşdirilmiş ixtiranın təkmilləşdirilmiş forması idi. Bununla velospieddə hərəkət daha rahat olur.
1898-ci ildə əyləc və boş gediş mexanizmlərinin hazırlanması ilə velospiedlərdə hərəkət daha da təhlükəsiz olur. Həmin ildə də əl əyləclərinin tətbiqi baş verir. 1878-ci ildə ilk dəfə olaraq alüminiumdan hazırlanmış çərçivələrdən istifadə olunur.
XX əsrin əvvəlində sürətləri dəyişən mexanizm inkişaf etdirilib tətbiq olunur. İlk mexanizm arxa təkərin oxunda hər iki tərəfdə oturdulmuş dişli çarxlardan ibarət idi. Sürəti dəyişmək üçün velosipedi saxlamaq, təkəri çıxarıb çevirmək və bərkitmək tələb olunurdu. 1903-cü ildə ixtira olunmuş planetar ötürmə yalnız 1930-cu ildə geniş tətbiqini tapır. Bu gün bizə məlum olan ötürmə 1950-ci illərdə İtaliyada tapılır. 1974-cü ildə velosipedlərin gövdələri titandan kütləvi şəkildə istehsal olunmağa başlayır. 1983-cü ildə velokompüter ixtira olunur. 1990-cı ildən sürətlərin indeksli ötürməsi tətbiq olunur.

Sonda onu da qeyd etmək lazımdır ki, indi su ilə işləyən velosipedlərin idxalına başlanıb.

Hiç yorum yok:

Yorum Gönder