17 Temmuz 2011 Pazar

Qiymətli daş-qaşların xəstəliklərə köməyi

Qiymətli daş-qaşların xəstəliklərə köməyi

Zümrüd - mənəvi harmoniya bəxş edir, iş qabiliyyətini yüksəldir, ürəyi, böyrəkləri, ağ ciyəri, əsəb sistemini müalicə edir. Zümrüdə uzun müddət baxmaq göz işığını bərpa etmək qabiliyyətini yüksəldir. Bu daşın fəaliyyətini gücləndirmək üçün onu az müddətə qırmızı şəraba salırlar.


Malaxit - çoxdan astmaya, revmatizmə, diş ağrısına, zəhərlənmələrə, aybaşı pozuntularının aradan qaldırılmasına, yaraların sağalmasına kömək edərək sağlamlıq daşı hesab edilir. Bu daşın rəngi nə qədər açıq çalarlı olarsa, onun müalicəvi qabiliyyəti də o qədər güclü olar. Sönük-yaşımtıl daşlar ürək və qan damarları üçün faydalıdır. Daha tünd daşlar isə birbaşa ürək əzələlərinə təsir göstərir. Hesab edilirdi ki, mis çərçivə içərisində malaxit olan medalyon revmatizm və radikuliti müalicə edir. Gümüşü çərçivə isə bu daşın müalicəvi xüsusiyyətlərini gücləndirir.




Ay daşı - ay enerjisini udur, təxəyyül, yüngüllük və zərifliyə səbəb olur. O, həmçinin əqli sakitləşdirir, ehtirasları soyudur, aqressivliyi aşağı salır. Əgər bu daş sağ əlin adsız barmağında gümüş üzükdə olarsa, insana xeyli təsir göstərir.


Nefrit - ispan dilindən tərcümədə "bel daşı" mənasını verir. Buna görə də bu daş sadəcə böyrək ağrılarında əvəz edilməzdir. Bundan başqa, nefrit dərini cavanlaşdırmaq, qırışıqları hamarlamaq qabiliyyətinə malikdir. Yaxşısı budur, bu daşları muncuqlarda, medalyonlarda və üzüklərdə daşıyasınız.




Rubin - anemiya, zəif immunitet zamanı kömək edir. Xüsusilə aşağı arterial qan təzyiqindən əziyyət çəkən adamlara lazımdır. Bu daşın təsiri sayəsində onlarda yuxu, iştah, ümumi əhval-ruhiyyə yaxşılaşır, güc əmələ gəlir. Həmçinin rubin mənəvi düşgünlüklə mübarizədə həyata itirilmiş marağın yenidən qaytarılmasında kömək edir. Yeri gəlmişkən, əgər sizə hansısa mühüm bir qərarı qəbul etmək lazım gələrsə, bu daşa baxın və siz optimal variantı tapa biləcəksiniz.


Yaşma (yəşəm) - yaxşı müalicəvi enerjiyə malikdir, qara ciyəri, böyrəkləri, öd kisəsini müalicə edir. Yaşıl-mavi rəngli yaşma intuisiyanı gücləndirir, depressiyanı götürür. Qırmızı yaşma ürəyin fəaliyyətini fəallaşdırır, qan dövranını stimullaşdırır.




Sapfir - geniş müalicə spektrlərinə malikdir. O, osteoxondroz, dəri xəstəlikləri zamanı
qaşınmanı, (xüsusilə onu boyunda qızıl çərçivə içərisində gəzdirərlərsə) aşağı salır. Sol əldə gəzdirilən sapfir daşı olan üzük və ya qolbağı astma, ürək və nevrolgiyalar zamanı kömək edir.




Kəhrəba - qalxanabənzər vəziyə, dalağa, ürəyə müsbət təsir göstərir. Ona görə də kəhrəbalı muncuqları və boyunbağıları gəzdirmək çox faydalıdır. Bu daş əhval-ruhiyyəni yüksəldir, maqnit qasırğalarına və hava dəyişkənliklərinə reaksiyanı asanlaşdırır.

Hiç yorum yok:

Yorum Gönder