8 Ağustos 2011 Pazartesi

Psixosomatika nədir?

Psixosomatika nədir?
Tibb elmi bir yerdə durmur, müxtəlif yeni ağır xəstəlikləri ilkin mərhələdə zahirə çıxardır. Lakin bu, bizə nə verir? İnsanlar əvvəlkindən az xəstələnmirlər, dəhşətli diaqnozlar daha çox səslənir, yeni ölümcül xəstəliklər həndəsi silsilə ilə artır. Belə acınacaqlı situasiya şəraitində tibb və psixologiyanın kəsişməsində yeni elm – psixosomatika meydana gəlib. Psixosomatika əksər xəstəliklərin psixoloji köklərini görməyə, xəstəliyi sağaltmaqla yanaşı, təmamilə müalicə olunmaq imkanı verir. Bu müalicə üsulu çox çətin və dərindir, lakin nəticələr xəstəliyin təkrarlanmamasına zəmanət verir. Psixosomatika sahəsində alimlərin tədqiqatı insanın hiss etdiyi emosiyalarla onun fikirlərinin tərkibi və orqanizm hüceyrələri arasında birbaşa qarşılıqlı əlaqə olduğunu ortaya çıxardıb. Bu əlaqə, sinir hüceyrələrində sintez olunur və toxumalara və orqanlara beyin siqnallarını ötürən neyropeptidlər, bioloji aktiv birləşmələr vasitəsilə həyata keçirilir. Bu birləşmələr orqanizmin bütün fizioloji reaksiyalarında, immunitetin dəstəklənməsində, yaddaş və yuxu mexanizmlərində, hormonal balansın dəstəklənməsində iştirak edir. Neqativ fikir, yaxud emosiyalarla çağırılmış orqanizm strukturlarının birində tarazlığın pozulması, orqanizmi “mübarizəyəhazırlıq” durumuna gətirən daxili hüceyrə reaksiyaların zəncirini işə salır. Fizioloji olaraq bu durum qısamüddətli olmalıdır. O, orqanizmin ehtiyyat gücünü azad etməyə hesablanıb. Lakin neqativ emosiyaları hiss etmək pozitivi yaymaqdan asandır. Bu, ona gətirir ki, orqanizm daim stress halında olur, yaxud ehtiyyat mexanizmlərini səfərbər edir. Orqanizmin bərpa etmə imkanları tükəndikdən sonra, xəstəlik zəif olan orqanı darmadağın edir. Zəif orqan irsi xüsusiyyətlərin nəticəsində də ola bilər və həmçinin hər emosiyanın ən sevdiyi yer olur. Misal üçün qəzəb ciyərə üstünlük verir, qorxu böyrəkləri üstün tutur, qüssə isə oynaqları seçir. Bu, xəstəliklərin psixosomatik inkişaf etmə mexanizmidir. Bu məlumatlara əsaslanaraq, hər kəs öz sağlamlığını bərpa etməklə yanaşı, ruhi yaraları da sağalda bilər.

Hiç yorum yok:

Yorum Gönder