8 Ağustos 2011 Pazartesi

Sitrus meyvələri insan orqanizmi üçün təhlükəli ola bilər

Sitrus meyvələri insan orqanizmi üçün təhlükəli ola bilər
Sitrus meyvələri sədovkimilər fəsiləsinə, narıncı və ya qızılmeyvəlilər yarımfəsiləsinə aiddir. Böyük xalq təsərrüfatı əhəmiyyətinə malik sitrus meyvələri zəngin kimyəvi tərkibi, yüksək qidalılığı, diyetik və aromatik xüsusiyyətinə görə çox qiymətlidir. Vitaminlərlə zənginliyi, efir yağlarına malik olması, saxlanma və emal zamanı tərkibin nisbətən sabit saxlanması bu bitkilərin əhəmiyyətini daha da artırır.

Çox həssas və kövrək xüsusiyyətə malik olan bu meyvələrin dünyanın subtropik və tropik zonalarında yayılmış 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur. Sitrus bitkilərinin meyvələri təzə halda yeyilir və onlardan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır.

Sitrus meyvələri çəyirdəkli meyvələrdən fərqli olaraq ağacdan yerə tökülmürlər və uzun müddət ağacda qalmaq qabiliyyətinə malikdirlər. Lakin bunun mənfi xüsusiyyətləri də vardır. Məsələn uzun müddət ağacda qalan limon öz rəngini və tamını itirir.

Naringi, portağal və limon ölkəmizdə becərilən əsas sitrus meyvələridir. Bunların içərisində ən geniş yayılmışı naringidir. Bu da onun digər meyvələrlə müqayisədə soyuğa daha çox davamlı olması ilə bağlıdır.

Sitrus meyvələri quruluşuna görə 2 hissədən: qabıqdan və ətli hissədən ibarətdir. Ətli hissə şirə kisəciklərindən təşkil olunmuş 6-12 dilimdən ibarət olur. Sitrus meyvələrində qabığın qalınlığı onların saxlanılması cəhətdən əlverişlidir. Belə ki, qabığı qalın olan bu meyvələri daha uzun müddətə saxlamaq mümkündür. Eyni zamanda qabığın qalınlığı ətli hissənin azalmasına səbəb olur. Sitrus meyvələrinin qabığının rəngi limonda açıq-sarı, portağalda və naringidə isə sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur.

Sitrus meyvələrinin tərkibində olan vitaminlər karotin və efir yağlarının faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur. Bu maddələr qabıq hissədə ətli hissəylə müqayisədə daha çox olur. Bundan əlavə onların tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr də olur. Efir yağları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplanmışdır.

Sitrus meyvələri əsasən noyabr-dekabr aylarında yetişir və yığılır. Limon bir qədər fərqli noyabrın ikinci yarısından dekabrın ortalarına qədər və aprelin axırı, mayda yığılır.

Saxlama müddəti saxlama şəraitindən və temperaturundan asılı olaraq portağalda 2 aydan 4 ayadək, limonda 1 aydan 6 ayadək, naringidə iki həftədən bir ayadək, qreypfrutda isə təxminən 1 aydan 3 ayadək təşkil edir. Optimal saxlanma temperaturu naringi üçün müsbət 1-3ºC, portağal üçün 1-6ºC, limon üçün 2-5ºC, qreypfrutlar üçünsə 3-10ºC-dir. Havanın nisbi rütubəti bu meyvələr üçün təxminən eyni 85-90% olmalıdır.

Sitrus meyvələrinin istehlakçıya keyfiyyətli halda çatdırılmasında onların qablaşdırılması və daşınmasının əhəmiyyəti böyükdür. Ticarət şəbəkələrinə sitrus meyvələri yeşiklərə və ya korobka qutulara yığılaraq furqon və ya yük maşınlarında daşınır. Daşınarkən üstü mütləq örtülməlidir. Onların qablaşdırıldığı yeşiklər mütləq markalanmalıdır. Markalanmada onların növü, xalis çəkiləri, qablaşdırıcının nömrəsi və qablaşdırılma tarixi qeyd olunmalıdır. Taralarda daşınması və saxlanması bu məhsulların istehlakçılara daha keyfiyyətli şəkildə çatdırılması məqsədi daşıyır.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti xəbərdarlıq edir ki, keyfiyyətsiz sitrus meyvələri insan orqanizmi üçün təhlükəlidir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, keyfiyyətli sitrus meyvələri istehlak etmək istəyən alıcılar onların saxlanma şəraitinə xüsusi fikir verməlidir. Belə ki, saxlanma zamanı onlarda suyun buxarlanması, istilik ayrılması və temperaturun dəyişməsi kimi fiziki proseslər getdiyindən onların keyfiyyətində dəyişikliklər baş verir. Ona görə də ticarət obyektlərindən bu məhsulları aldıqda qeyd olunan məsələlərə diqqət etmək lazımdır.

Bu meyvələrin keyfiyyətinə əmin olmaq üçün ilk öncə onların görünüşü nəzərdən keçirilməlidir. Ticarət şəbəkələrindən sitrus meyvələri alarkən onların zədəsiz olmasına, saxlanma müddətində əmələ gələ bilən xəstəliklərin əlamətlərinə və s. məsələlərə fakir verilməlidir. Qablaşdırılan şəkildə satılan sitrus meyvələri içərisindən keyfiyyətsiz mal aşkar olunarsa onları keyfiyyətlisilə dəyişmək hər bir alıcının hüququdur.

Hiç yorum yok:

Yorum Gönder